NƏSİROV Elman Xudam oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 89 saylı Göyçay-Ağdaş seçki dairəsi
1968-ci il mayın 23-də Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. Siyasi elmlər doktorudur. «Qızıl qələm» mükafatı laureatıdır. Rus və ingilis dillərini bilir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvüdür. 1995–2003-cü illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında baş laborant işləmiş, 2001–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında baş müəllim, dosent, elmi kitabxananın müdiri, elmi katib, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsində baş elmi işçi vəzifələrində çalışmışdır. 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzi müdirinin müavini, Siyasi Araşdırmalar İnstitutunun direktoru, Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının professorudur. Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibidir. Milli Məclisin İnsan hüquqları komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Belarus, Çin, İndoneziya, Latviya, Makedoniya, Özbəkistan, Türkiyə, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.