MƏMMƏDOV İqbal Nəriman oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 78 saylı Lerik seçki dairəsi
1965-ci il yanvarın 6-da Lerik rayonunun Rəzgov kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsini bitirmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. 1988-ci ildən Sov.İKP-nin XXII qurultayı adına NQÇİ-də operator, mühasib, iqtisadçı, 1990-cı ildən «28 Aprel» NQÇİ-də baş mühasibin müavini, 1991-ci ildən N.Nərimanov adına NQÇİ-də baş mühasib, şöbə rəisi, Qum adası NQÇİ-də baş mühasib işləmişdir. 1996–1999-cu illərdə «Kaspi-Yıldız» Azərbaycan–Türkiyə Müştərək Müəssisəsi İdarə Heyətinin sədri olmuşdur. 1999-cu ildən Əzizbəyov Rayon Vergilər Müfəttişliyinin Qeyri-dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinin müfəttişi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquqi şəxslərdə vergi qanunvericiliyinə əməl edilməsinə nəzarət baş idarəsinin Ticarət və xidmət təşkilatlarında vergi qanunvericiliyinə nəzarət şöbəsinin böyük müfəttişi, 2000–2010-cu illərdə «Kaspi-Yıldız» Azərbaycan–Türkiyə müştərək müəssisəsi idarə heyətinin sədri, «Azqazservis» MMC-nin baş direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Azərbaycan-Monteneqro parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Birləşmiş Ərəb Əmirlikləri, Çili, İndoneziya, İtaliya, Koreya, Qazaxıstan, Malayziya, Niderland, Özbəkistan, Türkiyə, Ukrayna, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.