MƏMMƏDOV Müslüm Mürsəl oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 57 saylı Kürdəmir seçki dairəsi
1980-ci il martın 1-də Ucar şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini və Bordo Universitetini bitirmişdir. Rus, ingilis və fransız dillərini bilir. 1999–2005-ci illərdə Bakı Dövlət Universitetinin Tərcümə-İnformasiya Mərkəzində tərcüməçi, 2006–2008-ci illərdə «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası» İctimai Birliyində beynəlxalq münasibətlər üzrə mütəxəssis vəzifələrində çalışmışdır. 2009–2015-ci illərdə Brüssel şəhərində Azərbaycan Kommunikasiya Ofisinin direktoru olmuşdur. Bitərəfdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Makedoniya, Mərakeş, Rusiya, Türkiyə, Türkmənistan, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 1 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.