ƏLİYEV İlham Əli Səftər oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 56 saylı Xaçmaz kənd seçki dairəsi
1967-ci il aprelin 26-da Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. 1994-cü ildən Azərbaycan Respublikasının Nəqliyyat Prokurorluğunda sistemləşdirmə üzrə prokuror köməkçisi, Aviasiya nəqliyyatı prokurorluğunun stajkeçən müstəntiqi, 1995-ci ildən Yasamal Rayon Prokurorluğunun stajçısı, 1996-cı ildən Ağdam rayon prokurorunun köməkçisi işləmişdir. 2000-ci ildən Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquq söbəsinin prokuroru, 2007–2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Böyük Britaniya, Çili, İtaliya, Monteneqro, Rusiya, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 3 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.