SÜLEYMANOV Tahir Süleyman oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 54 saylı Şabran-Siyəzən seçki dairəsi
1948-ci il sentyabrın 24-də Dəvəçi rayonunun Sumaqova-Qazma kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun Taxıl məhsullarının saxlanması fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev və «Qızıl buta» mükafatlarına layiq görülmüşdür. Rus dilini bilir. 1968-ci ildən Dəvəçidə mağazada satıcı, müdir, 1981-ci ildən «Azərittifaq»ın Dəvəçi tədarük kontorunun direktoru işləmişdir. 1982-ci ildən Pirəbədil xalça fabrikinin iqtisadçısı, direktoru, 1984-cü ildən Xaçmaz Taxıl Məhsulları Kombinatı Dəvəçi filialının anbardarı, Siyəzən şəhərində çörəkbişirmə sexinin ustası, Dəvəçidə mexanikləşdirilmiş çörəkxananın direktoru vəzifələrində çalışmışdır. 1994–2000-ci illərdə Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür. Bəhreyn, Çin, İsrail, İtaliya, Qazaxıstan, Niderland, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.