XANLAROVA Zeynəb Yəhya qızı

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 50 saylı Abşeron-Qobustan seçki dairəsi
1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuşdur. Bakı Məktəbəqədər tərbiyə pedaqoji məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirmişdir. SSRİ-nin, Azərbaycanın və Özbəkistanın xalq artistidir. Azərbaycan Dövlət mükafatı, Ümumittifaq «Qızıl val» mükafatı laureatıdır. «Heydər Əliyev», «İstiqlal», «Şöhrət» ordenləri və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Əlcəzairin və Özbəkistanın fəxri vətəndaşıdır. Türkiyənin, Əfqanıstanın və Yəmənin yüksək mükafatlarına və ordenlərinə layiq görülmüşdür. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının fəxri doktorudur. Rus dilini bilir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin solisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olmuşdur. Bitərəfdir. On birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mərakeş, Misir, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2 övladı var
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.