SALAYEV Hacı Hacı Baba oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 44 saylı Sumqayıt-Xızı seçki dairəsi
1968-ci il iyunun 28-də Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. «MDB Parlamentlərarası Assambleyasının 20 illiyi» medalı və MDB Parlamentlərarası Assambleyasının «Parlament əməkdaşlığını möhkəmləndirməyə görə» medalı ilə təltif edilmişdir. 1985-ci ildən Azərbaycan Respublikası Dövlət İdman Komitəsinin İdman İstehsalat Birliyində fəhlə kimi fəaliyyətə başlamış, sonralar əmtəəşünas, iqtisadçı işləmişdir. 1991–1996-cı illərdə Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyinin «Şəbəkə» filialının direktoru olmuşdur. 1996–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarədə (Milli Təhlükəsizlik Nazirliyi) əməliyyat müvəkkili vəzifəsindən şöbə rəisi vəzifəsinədək xidmət yolu keçmişdir. Ehtiyatda olan polkovnik rütbəli zabitdir. 2002-ci ildən «Trust-SS» MMC-nin baş direktoru, 2005- ci ildən ARDNŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində çalışmışdır. 2006–2010-cu illərdə «Trust-SS» MMC- nin İdarə Heyətinin sədri olmuşdur. 2010-cu ilin fevral ayından «Az Kommunal Servis» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir. Bitərəfdir. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Albaniya, Almaniya Federativ Respublikası, İtaliya, Peru, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.