RƏCƏBLİ Hadi Musa oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 74 saylı Lənkəran kənd seçki dairəsi
1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Siyasi elmlər doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət komissiyasının üzvüdür. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972- ci ildən birinci katibi, 1978-ci ildən «Бакинский рабочий» qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər kafedrasının dosentidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. On birinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət komitəsinin sədridir. Azərbaycan–Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çin, İran, Koreya, Serbiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 4 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.