ƏMİRASLANOV Əhliman Tapdıq oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi
1947-ci il noyabrın 17-də Ermənistan Respublikası Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tibb elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür. «Şöhrət» ordeni ilə təltif edilmişdir. SSRİ Dövlət mükafatı laureatıdır, SSRİ TEA-nın akademik Petrov adına mükafatına və akademik Bloxin adına qızıl medalına, Polşa TEA-nın Albert Şvaytzer mükafatına və Böyük qızıl medalına, Rusiyanın «Millətin intellekti» beynəlxalq mükafatına layiq görülmüşdür. AMEA-nın Biologiya elmləri bölməsinin akademik-katibidir. Ümumdünya Onkoloqlar, Ortoped-Travmotoloqlar Assosiasiyasının, Amerika Klinik Onkologiya Cəmiyyətinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvüdür. 400-dən çox elmi əsərin, 18 monoqrafiyanın, 28 dərsliyin və dərs vəsaitinin müəllifidir. 16 səmərələşdirici təklifi və ixtirası vardır. 42 nəfər elmlər və fəlsəfə doktoru hazırlamışdır. Rus və ingilis dillərini bilir. 1971-ci ildən Bakı Şəhər Klinik Onkologiya Xəstəxanasında həkim-ordinator, cərrahiyyə şöbəsinin müdiri işləmişdir. 1977-ci ildən Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Onkoloji Elmi Mərkəzinin kiçik elmi işçisi, baş elmi işçisi, böyük elmi işçisi, professoru vəzifələrində çalışmışdır. 1992-ci ildən Azərbaycan Tibb Universitetinin rektoru, Onkologiya kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur. Milli Məclisin Sosial siyasət komitəsinin üzvüdür. Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya, Monteneqro, Niderland, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, TürkPA-nın Beynəlxalq əlaqələr komissiyasının sədridir. Evlidir, 2 övladı var.
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU