QƏRİBOV Fərhad Həsən oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 57 saylı Kürdəmir seçki dairəsi
1952-ci il iyunun 20-də Kürdəmir rayonunun Muradxan kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Hidromeliorasiya fakültəsini bitirmişdir. 1 kitabın müəllifidir. Rus dilini bilir. 1974-cü ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis, 1977-ci ildən «Muğanmeliorasiyasutikinti» Trestinin tikinti-quraşdırma idarəsində usta, iş icraçısı, böyük iş icraçısı, rəis müavini, rəis, 1985-ci ildən «Kəndtikinti» Trestinin tikinti-quraşdırma sahəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışmışdır. 1986-cı ildən «Azərneft» Birliyinin «Azərneftlayihətikinti» Birliyində 2 №-li Tikinti-quraşdırma idarəsinin rəisi, 1989-cu ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyində mexanikləşdirilmiş səyyar dəstənin baş mühəndisi, rəisi, 1991-ci ildən «Azərneftlayihətikinti» Birliyində 1 №-li Tikinti- quraşdırma idarəsinin rəisi, 1995-ci ildən «Azərneftlayihətikinti» Birliyinin rəisi, «Neftlayihətikinti» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olmuşdur. 2002–2004-cü illərdə «Debüt» Səhmdar Kommersiya Bankının məsləhətçi müşaviri işləmişdir. 2004–2005-ci illərdə «Azəri-Holdinq» maliyyə-sənaye qrupuna rəhbərlik etmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüdür. Azərbaycan–Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Əlcəzair, Mərakeş, Suriya, Tailand, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 5 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU