QULİYEV Ülvi Zahid oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 17 saylı Yasamal üçüncü seçki dairəsi
1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Rus və ingilis dillərini bilir. 1988-ci ildən aptekdə provizor, baş provizor, aptek müdiri işləmişdir. 2002-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin şöbə rəisi, 2005-ci ildə «Gömrükçü» İdman Sağlamlıq Mərkəzi baş direktorunun müavini vəzifələrində çalışmışdır. Bitərəfdir. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan–Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Çexiya, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin, MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 2 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.