ƏLİYEVA Mehriban Arif qızı

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 14 saylı Xəzər ikinci seçki dairəsi
1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olmuşdur. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu bitirmişdir. YUNESKO-nun və İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) xoşməramlı səfiridir. Rusiya Federasiyasının «Yüzilliyin mesenatları» Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut xaç» ordeni, Ümumdünya Səhiyyə Təşkilatının «Qızıl ürək» beynəlxalq mükafatı, Polşa Respublikasının «Xidmətlərə görə» Böyük Komandor Xaçı ordeni, Fransa Respublikasının «Şərəf Legionu» ordeninin zabit dərəcəsi və YUNESKO-nun «Qızıl Motsart» medalı ilə təltif edilmişdir. Fəlsəfə üzrə fəlsəfə doktorudur. Monoqrafiya, kitablar və bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir. 1988–1992-ci illərdə Moskva şəhərində Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda çalışmışdır. 1995-ci ildən Azərbaycan Mədəniyyəti Fondunun prezidentidir. 1996-cı ildən «Azərbaycan-İrs» jurnalının baş redaktorudur. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2004-cü ildən isə Heydər Əliyev Fondunun prezidentidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.