İBRAHİMOV Eldar Rza oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 4 saylı Naxçıvan şəhər seçki dairəsi
1945-ci il martın 12-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Azərbaycan–Özbəkistan Dostluq Cəmiyyətinin sədridir. 5 elmi əsərin və 23 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. 1961-ci ildən Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966-cı ildən Texnika Birliyi sistemində böyük və baş mühəndis, 1980-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1991-ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri, Dövlət Aqrar- Sənaye Komitəsi sədrinin müavini, 1988-ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini–Dövlət Aqrar-Sənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1991-ci ildən Standartlar və Metrologiya Mərkəzinin direktoru, 1993-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini – Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsinin sədridir. Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Çin, İran, Özbəkistan, Pakistan, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavinidir. Evlidir, 3 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.