MƏMMƏDOV Elman Camal oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsi
1950-ci il oktyabrın 18-də Xocalı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Qarabağ müharibəsi veteranıdır. «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir. Rus və erməni dillərini bilir. 1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləmişdir. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri olmuşdur. 1990–1991-ci illərdə Xocalı Ərazi Partiya Komitəsinin birinci katibi və Xocalı Ərazi İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Belarus, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Fransa, Azərbaycan-İsveçrə, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 7 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.