QURBANOV Cavid Qəmbər oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 123 saylı Kəlbəcər seçki dairəsi
1958-ci il sentyabrın 19-da Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tikinti və yol maşınları avadanlıqları fakültəsini və «Təfəkkür» Universitetinin dəmir yolu tikintisi və təsərrüfatı fakültəsini bitirmişdir. Texnika elmləri namizədidir. Bir sıra elmi əsərlərin müəllifidir. Rus dilini bilir. 1980-ci ildən «Azərdövlət» Layihə İnstitutunda xətçəkən, 1982-ci ildən «Azərnəqliyyat» Tikinti Trestinin avtobazasında növbətçi, mexanik, baş mexanik, rəis müavini, 1987-ci ildən Avtonəqliyyat kontorunun direktoru, 1992-ci ildən Avtomobil Nəqliyyatı Birliyinin baş direktoru, 1993-cü ildən «Azəravtoyol» Dövlət Şirkətinin prezidenti, «Avtoərzaqnəqliyyat» Birliyinin baş direktoru işləmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Dəmir Yolu Bakı bölməsinin şöbə rəisi, «Azərdəmiryoltikintiservis » İstehsalat Birliyinin rəisi, 2000-ci ildən «Azərdəmiryolservis» İstehsalat Birliyinin rəisi, yol rəisinin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin «Yolnəqliyyatservis» departamentinin rəisi vəzifələrində çalışmışdır. 2007-ci ildən Nəqliyyat Nazirliyinin «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çexiya, Azərbaycan-Misir, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 2 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.