ƏLİYEV Bəxtiyar Həmzə oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 118 saylı Ağdam şəhər seçki dairəsi
1961-ci il martın 20-də Ağdam rayonunun Papravənd kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirmişdir. Psixologiya elmləri doktoru, fəlsəfə elmləri namizədi, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 3 monoqrafiyanın, 8 kitabın və 90 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvüdür. 1983–1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışmışdır. 1997-ci ildən Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiridir. Bitərəfdir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İsrail, Azərbaycan-İsveçrə, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.