ŞÜKÜROV Məjlum Şükür oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 115 saylı Şəki kənd ikinci seçki dairəsi
1954-cü il sentyabrın 1-də Şəki rayonunun Aşağı Küngüt kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Texnika elmləri doktorudur. 62 elmi və elmi-publisistik əsərin müəllifidir. Rus və ingilis dillərini bilir. 1976-cı ildən Azərbaycan EA-nın Kibernetika İnstitutunda mühəndis-riyaziyyatçı, proqramçı, mühəndis işləmişdir. 1984-cü ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Əkinçilik İnstitutunun kiçik elmi işçisi, baş elmi işçisi olmuşdur. 1989–1994-cü illərdə Sankt-Peterburq şəhərində doktoranturada təhsil almış və «Azəri» cəmiyyətinə rəhbərlik etmişdir. 1996-cı ildən Elmi Tədqiqat Əkinçilik İnstitutunun Şəki Dayaq Məntəqəsinin direktoru, 2001–2005-ci illərdə Şəki Regional Aqrar Elmi Mərkəzinin direktoru vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Liviya, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.