MƏSİMLİ Əli Əhməd oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 113 saylı Şəki şəhər seçki dairəsi
1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirmişdir. İqtisad elmləri namizədidir. Çoxsaylı broşürlərin və məqalələrin müəllifidir. Rus dilini bilir. 1980-ci ildən Azərbaycan EA-nın İqtisadiyyat İnstitutunda laborant, kiçik elmi işçi, elmi işçi, şöbə müdiri işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Aparatının İqtisadiyyatın idarə edilməsinin təşkili şöbəsinin bölmə müdiri, Sosial-iqtisadi inkişaf şöbəsinin baş məsləhətçisi, 1992-ci ildən Azərbaycan Respublikası Xarici İnvestisiyalar Komitəsinin sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri, Baş nazir əvəzi, iqtisadiyyat naziri, 1993–2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti vəzifələrində çalışmışdır. Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədridir. Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Çin, Azərbaycan-Xorvatiya, Azərbaycan-İsveçrə, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.