VƏKİLOV Vaqif Səməd oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 107 saylı Qazax seçki dairəsi
1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini bitirmişdir. Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Müxtəlif dillərdə çap olunmuş şeir və dram əsərlərindən ibarət 10-dan çox kitabın müəllifidir. Rus dilini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür. 1963–1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləmişdir. 1968-ci ildən «Azərbaycan Ensiklopediyası» nəşriyyatında şöbə müdiri, 1973-cü ildən Azərbaycan Kinostudiyasında ssenariçi, 1992-ci ildən «Oğuz eli» qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. Bitərəfdir. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İsrail, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.