İSMAYILOV İlyas Abbas oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
1938-ci il martın 20-də Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini və Leninqrad Dövlət Universitetinin əyani aspiranturasını bitirmişdir. Hüquq elmləri doktorudur. 10 monoqrafiyanın və broşürün, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus dilini bilir. 1962–1963-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə bölməsində kiçik elmi işçi olmuşdur. 1966-cı ildən Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, 1970-ci ildən Azərbaycan Respublikası prokurorunun köməkçisi, 1972-ci ildən Azərbaycan KP MK-nın İnzibati orqanlar şöbəsinin təlimatçısı işləmişdir. 1978-ci ildən Azərbaycan Respublikası prokurorunun müavini, 1985-ci ildən Azərbaycan Respublikasının prokuroru, 1990-cı ildən SSRİ Prokurorluğunda şöbə rəisi, 1992-ci ildən Azərbaycan Respublikasının ədliyyə naziri, 1996–1998-ci illərdə Ali Diplomatiya Kollecində Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışmışdır. Ədalət Partiyasının sədridir. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Latviya, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvüdür. Evlidir, 2 övladı var.
Party association: Justice Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.