HACIYEV Şəmsəddin Hümmət oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 89 saylı Göyçay – Ağdaş seçki dairəsi
1950-ci il noyabrın 8-də Ucar rayonunun Lək kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ticarətin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Rus və ingilis dillərini bilir. 1970-ci ildən Azərbaycan Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik elmi işçi, baş elmi işçi, bölmə müdiri işləmişdir. 1981-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, dosent, həmkarlar ittifaqı komitəsinin sədri, kafedra müdiri vəzifələrində çalışmışdır. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədridir. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 1 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.