QƏNBƏROV Miri Əhəd oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 78 saylı Lerik - Lənkəran seçki dairəsi
1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. «El atası» qızıl döş nişanına, «Qız Qalası» milli mükafatına, «İlin ən yaxşı vətənpərvər xeyriyyəçisi » mükafatına layiq görülmüşdür. Rus dilini bilir. 1956-cı ildən «Azərittifaq»ın mərkəzi ticarət idarəsində baş əmtəəşünas, ticarət idarəsinin direktor müavini, direktoru, mərkəzi aparatın böyük əmtəəşünası, şöbə müdirinin müavini, şöbə müdiri, 1980-ci ildən Bakı Şəhər Ticarət İdarəsinin şöbə rəisi, Yasamal Rayon Ticarət İdarəsinin baş direktoru, respublika İdman və Mədəni Mallar Birliyinin baş direktoru vəzifələrində çalışmışdır. 1994–1997-ci illərdə Azərbaycan Respublikasının ticarət naziri olmuşdur. 1997-ci ildən «Azərkontrakt» Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 4 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.