MİRZƏZADƏ Aydın Böyükkişi oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 47 saylı Mingəçevir seçki dairəsi
1957-ci il iyulun 2-də Mingəçevir şəhərində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. Siyasi elmlər namizədidir. 4 kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. 1982-ci ildən Mingəçevir şəhərində Azərbaycan DRES tikintisi gənclər qərargahının rəisi, siyasi maarif kabinetinin müdiri, 1992-ci ildən «Səda» qəzetinin müxbiri, Mingəçevir Quraşdırma İdarəsinin şöbə rəisi işləmişdir. 1993-cü ildən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi, müavini, 1997–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavinidir. Azərbaycan-Braziliya, Azərbaycan-Macarıstan, Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.