ABIYEV Ağacan Qulam oğlu

Депутат Милли Меджлиса Азербайджанской Республики
Округ: 32 saylı Suraxanı üçüncü seçki dairəsi
1937-ci il noyabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Texnika elmləri namizədi, professordur. Əməkdar elm xadimidir. Beynəlxalq Elmlər Akademiyasının üzvüdür. Avropa Beynəlxalq Boks Federasiyasının vitse-prezidenti, Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvüdür. İdman ustası və beynəlxalq dərəcəli hakimdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası vardır. Rus və ingilis dillərini bilir. 1957-ci ildən «Neftçi» İdman Cəmiyyətində məşqçi işləmişdir. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası kafedrasının müəllimi olmuşdur. 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü, İntizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Avstriya, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Polşa, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Партийная принадлежность: Партия Новый Азербайджан

Милли Меджлис Азербайджанской Республики - Орган государственной законодательной власти. Однопалатный парламент, состоит из 125 депутатов. Депутаты избираются по мажоритарной выборной системе свободным, личным и тайным голосованием на основе всеобщего, прямого и равного избирательного права. Каждый созыв Милли Меджлиса полномочен в течение 5 лет.

AZ EN RU