MƏHƏRRƏMOV Abel Məmmədəli oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 16 saylı Yasamal ikinci seçki dairəsi
1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Kimya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Yusif Məmmədəliyev mükafatı laureatıdır. Rumıniya Respublikasının ali dərəcəli «Komandor» ordeni, İqtisadi Əməkdaşlıq Təşkilatının qızıl medalı ilə təltif edilmişdir. Rumıniya Respublikasının Ovidius Universitetinin və Türkiyə Respublikasının Kırıkkale Universitetinin fəxri doktorudur. 50-dək monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin, 700-dək elmi məqalənin müəllifidir. 37 ixtirası vardır. 30-dək kimya elmləri namizədi və doktoru hazırlamışdır. 1971-ci ildən Ümumittifaq Olefinlər Elmi Tədqiqat İnstitutunda operator, mühəndis işləmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışmışdır. 1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olmuşdur. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. 2002–2004-cü illərdə Qara dəniz universitetlər şəbəkəsinin prezidenti olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-İspaniya, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.