ƏLİYEVA Mehriban Arif qızı

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 14 saylı Əzizbəyov ikinci seçki dairəsi
1964-cü il avqustun 26-da Bakı şəhərində anadan olmuşdur. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. YUNESKO və İSESKO-nun xoşməramlı səfiridir. Rusiya Federasiyasının «Yüzilliyin mesenatları» Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut xaç» ordeni ilə təltif edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının mükafatına və «Qızıl ürək» beynəlxalq mükafatına layiq görülmüşdür. Fəlsəfə elmləri namizədidir. Monoqrafiya, kitablar və elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir. 1988–1992-ci illərdə Moskva şəhərində Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda çalışmışdır. 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidentidir. 1996-cı ildən «Azərbaycan-İrs» jurnalının baş redaktorudur. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. 2004-cü ildən Heydər Əliyev Fondunun prezidentidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Party association: New Azerbaijan Party

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.