CƏBRAYILOV Rafael Kamil oğlu

Member of the Milli Majlis of Azerbaijan Republic
Constituency: 9 saylı Binəqədi ikinci seçki dairəsi
1958-ci il dekabrın 28-də Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. 1985-ci ildən Sabirabad Rayon Prokurorluğunun müstəntiqi, baş müstəntiqi, 1992-ci ildən Azərbaycan Respublikası Prokurorluğu Ümumi nəzarət idarəsinin prokuroru, rəis müavini, Sosial və iqtisadi sahələrdə qanunların icrasına nəzarət idarəsinin, Mülki sahədə qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışmışdır. 2001–2002-ci illərdə Dəvəçi rayon prokurorunun, 2005-ci ildə Gədəbəy rayon prokurorunun köməkçisi olmuşdur. Bitərəfdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Fransa, Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Party association: Independent

The Milli Majlis of the Republic of Azerbaijan - The state legislative power branch organ is a unicameral parliament that has 125 MPs. The MPs are elected as based on the majority electoral system by free, private and confidential vote reliant on the general, equitable and immediate suffrage. The tenure of a Milli Majlis convocation is 5 years.