Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
2800

Milli Məclisin nümayəndə heyəti Çinə səfər edəcək

Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının “Xalq diplomatiyası və qardaş şəhərlər Forumu”nda iştirak etmək üçün iyulun 1-də Çin Xalq Respublikasının Şenyan şəhərinə səfər edəcək.

30 iyun 2025    16:21
2595

Azərbaycan- Mərakeş əməkdaşlığı genişlənir

İyunun 30-da Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun nümayəndə heyəti ilə görüşüblər.

30 iyun 2025    16:13
2461

Mərakeşli deputatlarla görüşdə

İyunun 30-da Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyəti ilə görüşüb.

30 iyun 2025    16:07
2164

Mərakeşli parlament nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ölkəmizdə səfərdə olan Mərakeş Krallığı parlamentinin Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun sədr müavini Hasan Umribtin başçılıq etdiyi nümayəndə heyəti iyunun 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, tər çiçəklər düzüb.

30 iyun 2025    12:19
2350

Birləşmiş Krallıq ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvlərinə etiraz məktubu ünvanlayıb

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvləri Cim Şennon və Lord Alton tərəfindən 18 iyun 2025-ci il tarixində “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdikləri müraciətə cavab olaraq onlara etiraz məktubu ünvanlayıb.

26 iyun 2025    19:18
2279

ATƏT PA-nın sessiyasında

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva, Tural Gəncəliyev ATƏT PA-nın 32-ci illik sessiyasında iştirak etmək üçün iyunun 28-də Portuqaliyanın Porto şəhərinə səfər edəcəklər.

25 iyun 2025    12:20
2243

Mədəniyyət mərkəzlərinin tədbirində

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu iyunun 26-27-də Vyana Mədəniyyət Mərkəzində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzlərinin tədbirində iştirak edəcək.

24 iyun 2025    15:45
2241

Parlamentlərarası əlaqələr inkişaf edir

İyunun 23-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupu arasında onlayn formatda görüş keçirilib.

23 iyun 2025    16:35
1775

Narkotiklər üzrə Beynəlxalq Qanunvericilik Şəbəkəsinin 1-ci Qlobal Görüşündə

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Narkotiklər üzrə Beynəlxalq Qanunvericilik Şəbəkəsinin 1-ci Qlobal Görüşündə iştirak etmək üçün iyunun 23-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

21 iyun 2025    16:15
1762

Milli Məclisdə görüş

İyunun 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Elm və Təhsil Komitəsinin sədr müavini Fariz İsmayılzadə və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən birgə təşkil olunan “Xarici Siyasət Proqramı” çərçivəsində ölkəmizdə səfərdə olan bir qrup xarici diplomatla görüşüblər.

19 iyun 2025    17:49

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.