Türkiyədə Anım Gününə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisin deputatı Vasif Qafarov sentyabrın 29-da Türkiyə Respublikasının Kahramanmaraş şəhərinə səfərə gedəcək.
Deputat burada, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə sentyabrın 30-da Sütçü İmam Universitetində keçiriləcək 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.
Səfər oktyabrın 1-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

