Milli Məclisdə görüş
Avqustun 25-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Senatının Mədəniyyət və media daimi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ
Media nümayəndələrinin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il payız sessiyasında fəaliyyətini işıqlandırmaq üçün təmsil etdiyiniz media orqanı rəhbərinin adından akkreditasiyadan keçməli olan, Media Reyestrinə daxil edilmiş əməkdaşların anket məlumatları (adı, soyadı və atasının adı, tutduğu vəzifə) göstərilməklə parlament Aparatı rəhbərinin adına müraciətinizi bu il avqust ayının 31-dək Milli Məclisin office@meclis.gov.az e-poçtuna və ya məktub şəklində parlamentin poçt ünvanına (AZ1152, Bakı, Parlament prospekti 1) göndərməyiniz xahiş olunur.
Milli Məclisin Gənclər və idman komitəsində Gürcüstan parlamentariləri ilə görüş keçirilib
İyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər.
Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanatı
Bugünlərdə Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsinin müəlliflərinin kimliyi artıq həmin layihənin mahiyyətini açıq şəkildə ortaya qoyur. Regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir və ölkəmiz əleyhinə yalan ittihamlar ortaya atılır.
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının sədrlərinə başsağlığı məktubları ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkoya və Dövlət Dumasının sədri Vyaçeslav Volodinə başsağlığı məktubları ünvanlayıb.
Belçika Nümayəndələr Palatasının qətnaməsinə AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜNASİBƏTİ
Azərbaycan Respublikasının Milli Məclisi Belçika Nümayəndələr Palatasının 2025-ci il iyulun 17-də qəbul etdiyi birtərəfli və qərəzli qətnamə ilə əlaqədar kəskin etirazını bildirir və qətnamədə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edir. Yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəllifləri son dövrdə Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəlir, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərir, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmırlar.
Milli Məclisin deputatları Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəklər
Milli Məclisin deputatları - Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvləri Azər Allahverənov və Anar Məmmədov iyulun 19-da bu ölkənin Lefkoşa şəhərinə səfər edəcəklər.
Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı, Kamboca ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin Seyidzadə iyulun 13-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının (AİPA) 16-cı Qrup iclasında iştirak etmək üçün Kambocanın Pnompen şəhərinə səfər edəcək.
NATO PA-nın tədbirində
Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətinin üzvü Samir Vəliyev iyulun 13-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcək.
Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib
İyulun 7-də Milli Məclisin Mədəniyyət komitəsində “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusunda ictimai dinləmə keçirilib.
Pakistan İslam Respublikası Milli Assambleyasının nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyəti iyulun 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Pakistan Milli Assambleyasının sədri ölkəmizə rəsmi səfərə gəlib
Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq iyulun 6-da ölkəmizə rəsmi səfərə gəlib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Mərakeş parlamentariləri ilə görüş keçirilib
yulun 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun nümayəndə heyəti ilə görüşüblər.
Mərakeşli jurnalistlərlə görüşdə
İyulun 3-də Milli Məclisin deputatları - Soltan Məmmədov, Pərvanə Vəliyeva və Zaur Şükürov Mərakeşin ölkəmizdə səfərdə olan nüfuzlu media orqanlarının bir qrup nümayəndəsi ilə görüşüblər.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının ölkəmizə qarşı aparılan informasiya kampaniyasına dair açıqlaması
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının öz səlahiyyətləri çərçivəsində apardığı monitorinqlər nəticəsində müəyyən edilmişdir ki, Rusiya Federasiyasının Yekaterinburq şəhərində həmvətənlərimizə qarşı edilən qanunsuz hərəkətlərdən sonra Rusiya mediasında, habelə “Telegram” platformasında müxtəlif xəbər kanalları və şəxslər tərəfindən Azərbaycana və Rusiyada yaşayan azərbaycanlılara qarşı geniş informasiya kampaniyası başladılmışdır.
Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda panellər üzrə müzakirələr və görüşlər keçirilib
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətin 30 iyun–1 iyul tarixində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək məqsədilə Özbəkistanın Xivə şəhərində işgüzar səfərdə olub. Spiker Sahibə Qafarova və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın iştirakı ilə keçirilən forumun açılış mərasimindən sonra tədbir panel müzakirələri ilə davam edib. Müzakirələrdə Azərbaycan parlament nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlaması
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası 2025-ci il 18 iyun tarixli açıqlamasının davamı olaraq bildirir ki, İran İslam Respublikası ilə İsrail Dövləti arasında baş verən 12 günlük qarşıdurma zamanı və ondan sonrakı dövrdə Azərbaycan Respublikası qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən məkrli qüvvələr tərəfindən qəsdən hədəf seçilərək əlaqələndirilmiş dezinformasiya kampaniyasına məruz qalmışdır.
Azərbaycanla Mərakeş arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
İyunun 30-da Milli Məclisin Gənclər və idman komitəsində ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupundan ibarət nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Milli Məclisin nümayəndə heyəti Çinə səfər edəcək
Milli Məclisin sədr müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatının “Xalq diplomatiyası və qardaş şəhərlər Forumu”nda iştirak etmək üçün iyulun 1-də Çin Xalq Respublikasının Şenyan şəhərinə səfər edəcək.
Azərbaycan- Mərakeş əməkdaşlığı genişlənir
İyunun 30-da Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun nümayəndə heyəti ilə görüşüblər.

