Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib

Tədbirlər
12 fevral 2026 | 15:13   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara uyğun olaraq bu sahədə görülən işlərə və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramına dəstək vermək məqsədilə fevralın 12-də Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.

Milli Məclisin rəhbərliyi, deputatlar, Aparatın və İşlər idarəsinin əməkdaşları parlamentdə bu məqsədlə ayrılmış yerdə lazımi tibbi müayinədən keçdikdən sonra qan veriblər.

Aksiyada toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU