Deputatlarımız Meksika Birləşmiş Ştatlarına səfər edəcəklər

Tədbirlər
06 fevral 2026 | 09:29   

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, parlamentin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və qrupun üzvü Sevinc Fətəliyeva fevralın 8-də Meksika Birləşmiş Ştatlarının Mexiko şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlar Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan parlamentlərarası dostluq qrupunun yenidən formalaşdırılması üzrə San-Lasaro Qanunvericilik Sarayında keçiriləcək təsis iclasına qatılacaq, həmçinin bir sıra görüşlər və tədbirlərdə iştirak edəcəklər.

Səfər fevralın 14-də başa çatacaq.      

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU