Milli Məclisin sədri Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib

Sədrin görüşləri
23 fevral 2024 | 20:05   
Paylaşın:        

Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam və Şri-Lanka Demokrtaik Sosialist Respublikası Parlamentinin sədri Mahinda Yapa Abeyvardana ilə görüşlər keçirib.

Qonaqları ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova APA-nın özv ölkələr arasında əməkdaşlıq, dialoq və həmrəyliyin inkişafı baxımından əlverişli çoxtərəfli platforma olduğunu bildirib. O, 40-dək ölkənin parlament nümayəndə heyətinin, habelə bir sıra beynəlxalq parlament təşkilatları təmsilçilərinin iştirak etdikləri 14-cü plenar sessiya çərçivəsində müasir dünyanı narahat edən bir sıra problemlərin müzakirə olunduğunu diqqətə çatdırıb.

Görüşlərdə beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolu, qanunverici orqanların qlobal proseslərə təsiri barədə də fikirlər səsləndirilib. Tərəflər beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq imkanları barədə də danışıblar. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin bu mənada əhəmiyyətini diqqətə çatdırıb.

Qonaqlar APA-nın 14-cü plenar sessiyasına uğurla evsahibliyi etdiyi üçün təbriklərini çatdıraraq, ölkəmizə səfərləri və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüblər.

Görüşlərdə, həmçinin ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU