Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
198

Milli Məclisdə “Qanunvericilik lüğəti” kitabının təqdimat mərasimi keçirilib

Dekabrın 28-də Milli Məclisin Kitabxanasında Parlamentin Aparatında hazırlanmış “Qanunvericilik lüğəti” adlı iki cildlik kitabın təqdimat mərasimi keçirilib. elmi redaktoru Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov, redaktoru isə Parlament Aparatının Redaksiya və nəşr işləri şöbəsinin müdiri Hafiz Babayevdir.

28 dekabr 2023    14:35
120

Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı Müşfiq Cəfərov “Arkadağ Serdarlı Xoşbəxt Gənclik İli”nə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün dekabrın 25-də Türkmənistanın Aşqabad şəhərinə səfər edəcək.

25 dekabr 2023    13:08
111

Milli Məclisdə görüş

Dekabrın 21-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşüb.

21 dekabr 2023    18:47
121

Milli Məclisdə görüş

Dekabrın 21-də Milli Məclisin Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliabbas Salahzadə ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri İlaya İsmael Gedi ilə görüşüb.

21 dekabr 2023    14:28
178

“Diplomatiya həftəsi”nin iştirakçıları Milli Məclisdə olublar

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Bəhruz Məhərrəmov dekabrın 18-də Xarici İşlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Diplomatiya həftəsi”nin iştirakçıları ilə görüşüblər.

18 dekabr 2023    19:34
126

ATƏT DTİHB nümayəndələri Milli Məclisdə olublar

Dekabrın 18-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb.

18 dekabr 2023    18:14
118

Milli Məclisin deputatları Türkiyədə səfərdədirlər

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Nizami Cəfərov, Cavanşir Feyziyev, Naqif Həmzəyev, Ramin Məmmədov və Anar İsgəndərovu qəbul edib.

14 dekabr 2023    12:01
84

Milli Məclisin deputatı Serbiyada seçkiləri izləyəcək

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Serbiya Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün dekabrın 14-də ölkənin paytaxtı Belqrad şəhərinə səfər edəcək.

13 dekabr 2023    10:54
127

Gürcüstan Parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dekabrın 12-də ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

12 dekabr 2023    11:26
83

Beynəlxalq forumda

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Mənəvi və hüquqi dəyərlərin qorunmasında, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” mövzusunda XIX Beynəlxalq Müsəlman Forumunda iştirak etmək üçün dekabrın 12-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.

11 dekabr 2023    10:16
84

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatları - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev və Nizami Səfərov “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və blokların rolu” mövzusunda keçiriləcək IV beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.

11 dekabr 2023    10:05
134

Milli Məclisin deputatları Türkiyədə səfərdə olacaqlar

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Əziz Ələkbərov, Nizami Cəfərov, Naqif Həmzəyev, Cavanşir Feyziyev, Anar İsgəndərov və deputat Ramin Məmmədov dekabrın 11-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

08 dekabr 2023    20:03

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.