Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
154

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin mənzil qərargahında Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət edib

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

31 mart 2023    19:30
364

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu" mövzusunda keçirilən yüksək səviyyəli iclasda iştirak edib.

31 mart 2023    09:50
269

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bəhreyndə keçirilən ikinci konfransında mühüm qərarlar qəbul olunub

Martın 13-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin və QH Parlament Şəbəkəsinin sədri xanım Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb.

15 mart 2023    12:56
284

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında Anlaşma Memorandumu imzalanıb

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə ASEAN PA arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanaraq, xatırladılıb ki, ötən il Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alıb.

12 mart 2023    21:30
273

Parlamentlərarası İttifaqın 146-cı Assambleyasında


Martın 11-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Parlamentlərarası İttifaqın 146-cı Assambleyasının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti iştirak edib.

11 mart 2023    23:27

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.