Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
283

Milli Məclisdə görüş

İyunun 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı (İƏT Pİ) Konfransının 20-ci sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası parlamentinin üzvü Rouhollah Motefakker Azad ilə görüşüb.

23 iyun 2026    19:28
263

İƏT Pİ-nin daimi komitələrində

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası keçirilir. İyunun 23-də sessiya işini daimi komitələrin iclasları ilə davam etdirib.

23 iyun 2026    14:24
238

İƏTPİ Baş Katiblər Assosiasiyasının 7-ci iclasında

İyunun 22-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası çərçivəsində Baş Katiblər Assosiasiyasının 7-ci iclası keçirilib. İclasa Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev sədrlik edib.

22 iyun 2026    15:46
240

İƏT Pİ-nin İcraedici komitəsinin iclasında

Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyi ilə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində iyunun 22-də qurumun İcraedici Komitəsinin 56-cı iclası keçirilib.

22 iyun 2026    15:23
243

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının spikeri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ölkəmizə rəsmi səfəri çərçivəsində iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

22 iyun 2026    12:53
209

Beynəlxalq Forumda

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov iyunun 22-də Belarus Respublikasının Brest şəhərində Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının təşkilatçılığı ilə keçiriləcək İttifaq Dövlətinin II Beynəlxalq Forumunda iştirak edəcək.

20 iyun 2026    16:20
275

Milli Məclisdə görüş

İyunun 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Ali Al-Yaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

19 iyun 2026    17:52
262

Deputatlarımız Malayziyaya səfər edəcəklər

Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov və üzvü Bəxtiyar Əliyev iyunun 21-də Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcəklər.

19 iyun 2026    10:11
294

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb.

17 iyun 2026    14:43

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.