Beynəlxalq konfranslarda

Tədbirlər
02 oktyabr 2026 | 15:15   

Milli Məclisin sədr müavini Musa Qasımlı, parlamentin komitə sədri Əhliman Əmiraslanov və deputat Tənzilə Rüstəmxanlı oktyabrın 5-də Türkmənistanın Avaza şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlarımız Milli Turizm Zonasında keçiriləcək “Demoqrafik proseslər və dayanıqlı inkişaf: müasir dövrün çağırışları və beynəlxalq təcrübə”, “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” və “Səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığı və dayanıqlı inkişaf məqsədləri” adlı beynəlxalq konfranslarda iştirak edəcəklər.

Səfər oktyabrın 9-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU