Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
205

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun BƏYANATI

Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.

13 oktyabr 2026    16:52
51

MDB PA-nın komissiyalarının iclaslarında

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və deputat Nizami Səfərov oktyabrın 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

13 oktyabr 2026    14:40
274

ABŞ KONQRESİNİN SENATORLARINA VƏ NÜMAYƏNDƏLƏR PALATASININ ÜZVLƏRİNƏ

Surəti: ABŞ dövlət katibi Marko Rubioya

Hörmətli Senatorlar və Nümayəndələr Palatasının üzvləri!

Biz, Azərbaycan Respublikası Milli Məclisinin və qeyri-hökumət təşkilatlarının üzvləri, Sizə Azərbaycanla bağlı 5 oktyabr 2026-cı il tarixli məktubunuza cavab olaraq müraciət edirik.

10 oktyabr 2026    11:04
109

Beynəlxalq forumda

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və deputat Nigar Arpadarai “Vacib söhbət: xoşbəxt ailə güclü dövlət deməkdir” adlı Forumda iştirak etmək üçün oktyabrın 11-də Belarus Respublikasının Polotsk şəhərinə səfər edəcəklər.

09 oktyabr 2026    11:25
94

Dünya Qadın Parlamentariləri Forumunda

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Dünya Qadın Parlamentariləri Forumunda iştirak etmək üçün oktyabrın 10-da Monqolustanın Ulan-Bator şəhərinə səfər edəcək.

09 oktyabr 2026    11:17
330

Avropa Parlamentinin 2026-cı il 8 oktyabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Azərbaycan Respublikasının Milli Məclisi 2026-ciı il oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.

08 oktyabr 2026    17:30
128

Perulu parlamentari ilə görüşdə

Oktyabrın 8-də Milli Məclisin Peru ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sahib Alıyev və qrupun üzvü Gülşən Paşayeva İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Peru Respublikasının Deputatlar Palatasının üzvü Marleni Bibiana Arminta Valensiya ilə görüşüblər.

08 oktyabr 2026    11:53
129

ATƏT PA-nın payız sessiyasında

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Pərvin Kərimzadə və Azay Quliyev bu təşkilatın 24-cü payız sessiyasında iştirak etmək üçün oktyabrın 6-da Andorra Knyazlığının Andorra la Vella şəhərinə səfər edəcəklər.

05 oktyabr 2026    11:34
159

NATO PA-nın seminarında

Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov qurumun 109-cu Rouz-Rot seminarında iştirak etmək üçün oktyabrın 5-də Moldova Respublikasının Kişineu şəhərinə səfər edəcək.

02 oktyabr 2026    15:24
143

Beynəlxalq konfranslarda

Milli Məclisin sədr müavini Musa Qasımlı, parlamentin komitə sədri Əhliman Əmiraslanov və deputat Tənzilə Rüstəmxanlı oktyabrın 5-də Türkmənistanın Avaza şəhərinə səfər edəcəklər.

02 oktyabr 2026    15:15
148

Beynəlxalq Astronavtika Konqresində

Milli Məclisin deputatı Vüqar Bayramov 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün oktyabrın 3-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.

02 oktyabr 2026    11:13
154

Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər

Milli Məclisin sədr müavini Rafael Hüseynov və parlamentin komitə sədri Fazil Mustafa “Avropanın Sivilizasiya Fondu və Gürcüstanda xristianlığın 1700 ili” adlı konfransda iştirak etmək üçün oktyabrın 1-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

30 sentyabr 2026    14:53
316

Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparatın, İşlər İdarəsinin şöbə müdirləri və müavinləri 27 sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət ediblər.

27 sentyabr 2026    13:13
322

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27 Sentyabr – Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar.

27 sentyabr 2026    12:14
180

Asiya Parlament Assambleyasının komitə iclasında

Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev sentyabrın 22-də bu təşkilatın Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcək.

21 sentyabr 2026    12:19

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.