Azərbaycan–İtaliya münasibətlərinə həsr olunmuş dəyirmi masalar keçiriləcək

Tədbirlər
20 noyabr 2026 | 15:41   

Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və deputat Tahir Mirkişili noyabrın 23-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcəklər.

Səfər çərçivəsində deputatlar Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İtaliyanın strateji araşdırma və beyin mərkəzləri ilə əməkdaşlığı çərçivəsində təşkil olunacaq Azərbaycan–İtaliya münasibətlərinə dair dəyirmi masalarda iştirak edəcəklər.

Səfər noyabrın 26-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU