Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
582

Qazaxıstanın Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib

İyunun 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclası keçirilib. İclasda TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova çıxış edərək, bu toplantıda aparılacaq fikir mübadiləsinin, qəbul ediləcək qərarların təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

12 iyun 2025    12:01
561

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Şura və 14-cü plenar iclaslarında iştirak etmək üçün iyunun 11-də Qazaxıstan Respublikasının Astana şəhərinə işgüzar səfərə gəlib.

11 iyun 2025    20:31
617

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.
Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, bu səfərin parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

07 may 2025    21:51

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.