
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Fevralın 12-də Milli Məclisin Regional məsələlər komitəsinin iclasında beş məsələyə baxıldı. Komitənin sədri Arif Rəhimzadə bildirdi ki, gündəlikdəki qanun layihələri əsasən bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsini nəzərdə tutur.

TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ
Fevralın 12-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, iclasda iki məsələyə baxılacaq.

TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ
Dekabrın 25-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin I müavini Ziyafət Əsgərov gündəlikdəki məsələ barədə məlumat verdi.

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Dekabrın 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyinə 6 qanuna təklif olunan dəyişikliklər daxil edilmişdir.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 18-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə bağlı məlumat verdi.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Milli Məclisin Mədəniyyət komitəsinin dekabrın 7-də keçirilən iclasında “Mədəniyyət haqqında” qanun layihəsi müzakirə edildi. Komitə sədri Nizami Cəfərov iclası açaraq bildirdi ki, bu gün mədəniyyətə dövlət tərəfindən böyük qayğı göstərilir. Ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində ciddi irəliləyişlər baş verir.

TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNİN İCLASINDA
Dekabrın 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirildi. İclasda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının neftlə çirklənmə halları ilə mübarizədə regional hazırlıq, cavab tədbirləri və əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi ilə bağlı qanun layihəsi müzakirə edildi.

TƏHLÜKƏSİZLİK və MÜDAFİƏ KOMİTƏSİNDƏ
Dekabrın 7-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında üç məsələyə baxıldı. İclasda Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələləri şərh etdi.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 30-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclası idarə edən komitə sədri Arif Rəhimzadə gündəliyə daxil edilən məsələləri şərh etdi.

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 29-da Milli Məclisin Sosial siyasət komitəsinin iclasında “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi müzakirə olundu.

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 21-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclasda “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanun layihəsi ətraflı müzakirə olundu.

TƏHLÜKƏSİZLİK KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 23-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi daxildir.

İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ
Noyabrın 23-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi ətraflı müzakirə olundu.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Noyabrın 13-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi.İclası açan komitənin sədri Arif Rəhimzadə iclasda “Qəbələ rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirə olunacağını bildirdi.

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA 2013-cü İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİ MÜZAKİRƏ EDİLDİ
Noyabrın 7-də Milli Məclisin Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirildi.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Noyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Şəmsəddin Hacıyev iclası açaraq bildirdi ki, gündəliyə Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında, habelə təhsil, elmi dərəcələr və elmi adlar barədə sənədlərin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında sazişlərin təsdiq edilməsi barədə qanun layihələri daxil edilmişdir.

KOMİTƏLƏRDƏ 2013-cü il DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI
Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə başlandı.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna, eləcə də Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər ediləcək
Oktyabrın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, Milli Məclisin deputatı Rəfael Cəbrayılov qanunvericilik təşəbbüsü qaydasında yuxarıda adı çəkilən qanunlara dəyişikliklər edilməsi ilə bağlı yeni layihə hazırlamışdır. Bu dəyişikliklər həmin qanunların təkmilləşməsinə və qanunlardakı bəzi boşluqların aradan qalxmasına xidmət edəcəkdir.

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Oktyabrın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası oldu. Deputatların və sahə mütəxəssislərinin iştirakı ilə “Mədəniyyət haqqında” yeni qanun ikinci oxunuşda ətraflı müzakirə edildi. Öncə komitənin sədri Nizami Cəfərov Azərbaycan mədəniyyətinin inkişafından və nailiyyətlərindən söz açdı. Bildirdi ki, mədəniyyət xalqımızın həyat tərzinə çevrilib.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 12-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə gündəlikdəki məsələlərlə iştirakçıları tanış etdi.