
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov yeni sessiyanın başlanması münasibətilə millət vəkillərini təbrik etdi. O, əvvəlcə yaz və növbədənkənar sessiyalar dönəmində görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 7 iclası keçirilmiş, bu iclaslarda 17 məsələ, o cümlədən 14 qanun layihəsi müzakirə edilmişdir. Bu sənədlərin əksəriyyəti Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul edilmişdir.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli 2017-ci ilin payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi və gələcək işlərində uğurlar arzuladı.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 19-da payız sessiyasında Milli Məclisin Mədəniyyət komitəsinin ilk iclası keçirildi. Komitənin sədri Rafael Hüseynov payız sessiyasının başlaması münasibətilə təbriklərini çatdırdı, gündəlikdəki məsələlər haqqında məlumat verdi.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli əvvəlcə ötən sessiyanın yekunları və payız sessiyasının qanunvericilik işləri planı barədə geniş məlumat verdi.Bildirildi ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 11 iclası keçirilib, 23 məsələ müzakirə edilib, 15 qanun layihəsi Milli Məclisə tövsiyə edilib.

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Sentyabrın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə 2017-ci ilin payız sessiyasının başlaması münasibəti ilə həmkarlarını təbrik etdi və gələcək işlərində nailiyyətlər arzuladı. O, bildirdi ki, iclasda Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat təqdim ediləcək və payız sessiyası üçün iş planının layihəsi müzakirə olunacaq.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli diqqətə çatdırdı ki, gündəliyə 19 məsələ daxil edilib. O, bu günlərdə “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması ilə bağlı sazişin imzalanmasına münasibət bildirdi. Bu kontraktın böyük əhəmiyyət kəsb etdiyini vurğuladı və ölkəmizin gələcək iqtisadi inkişafına hesablanmış uğurlu strateji addım kimi dəyərləndirdi.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə payız sessiyasının başlaması münasibəti ilə deputatlara öz təbriklərini çatdırdı və fəaliyyətlərində uğurlar arzuladı.

SƏHİYYƏ KOMİTƏSİNİN PAYIZ SESSİYASINDA İLK İCLASI KEÇİRİLDİ
Sentyabrın 14-də Milli Məclisin Səhiyyə komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Əhliman Əmiraslanov əvvəlcə yaz sessiyası dönəmində görülən işlər barədə məlumat verdi. Qeyd olundu ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 14 məsələnin müzakirəsi olub. Bunlardan 13 qanun layihəsi Milli Məclisin plenar iclasına təqdim olunub, müzakirələrdən sonra sənədlər qəbul edilib. Əhliman Əmiraslanov bu qanun layihələrinin çox önəmli sənədlər olduğunu vurğuladı.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 12-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2017-ci ilin payız sessiyası dövründə ilk iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik etdi və işlərində müvəffəqiyyətlər dilədi.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə və “Hesablama Palatası haqqında” qanun layihəsi (birinci oxunuş) daxil edilib.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
İyunun 22-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası oldu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə hakimlərin təyinatı ilə bağlı 6 məsələ, həmçinin digər qanun layihələri daxil edilib. Öncə iclasda Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov Azərbaycan Prezidentinin təqdimatına əsasən Ali Məhkəmənin, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məlumat verdi. Bildirdi ki, namizədlər irəli sürülərkən MHŞ-ın təklifləri nəzərə alınıb.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
İyunun 20-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Öncə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qanun layihəsi üzərində aparılmış işlər barədə məlumat verdi. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov qanun layihəsini təqdim etdi.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “İşsizlikdən sığorta haqqında” Qanun layihəsi (ikinci oxunuş) daxil edilib. Məlumat verildi ki, müvafiq qurumlar tərəfindən bu qanun layihəsinin hazırlanması üçün iki il iş aparılıb. Dünyanın 72 ölkəsinin bu sahədə təcrübəsi öyrənilib. Layihə hazırlandıqdan sonra isə Milli Məclisə təqdim olunub.

ELM və TƏHSİL KOMİTƏSİNDƏ
İyunun 7-də Elm və təhsil komitəsində “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə məsələyə baxıldı. İclasda qanun layihəsini Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təqdim etdi.

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASI KEÇİRİLDİ
İyunun 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verdi. Bildirdi ki, ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara dəyişikliklərin edilməsi nəzərdə tutulub.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
İyunun 5-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. İclası açan komitənin sədri, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi barədə məsələlər daxil edilmişdir.

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
İyunun 5-də Milli Məclisdə Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında 9 məsələyə baxıldı.

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
İyunun 1-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə məlumat verdi. Qeyd olundu ki, həm İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər, həm də “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunda dəyişiklik edilməsi qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır. Əhliman Əmiraslanov bildirdi ki, ölkə əhalisinin dərman təchizatını yaxşılaşdırmaq, həmçinin keyfiyyətsiz dərman və dərman vasitələrinin Azərbaycan bazarına daxil olmasının qarşısını almaq istiqamətində dövlət səviyyəsində görülən tədbirlər müsbət nəticəsini verib.

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədrinin müavini Eldar Quliyev iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Tütün və tütün məmulatı haqqında” qanunlara dəyişikliklərlə bağlı layihələr daxil edilib. Bildirildi ki, sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə göndərilib.

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Mayın 25-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.İclası açan komitə sədri Ziyad Səmədzadə gündəliyə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin daxil edildiyini bildirdi. O, qeyd etdi ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb. Dünya ölkələri arasında toqquşmaların, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz daxili stabillik nümayiş etdirib.