Milli Məclisin payız sessiyasında ilk komitə iclası keçirilib
Sentyabrın 8-də Milli Məclisin Elm və təhsil komitəsi 2021-ci ilin payız sessiyasında onlayn formatda birinci iclasını keçirib.
Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlanıb
İyulun 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının videokonfrans formatında birgə iclası keçirilib.
Komitələrin birgə iclasında
İyulun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə videokonfrans formatında iclası keçirilib.
İclasda Mülki Prosessual, İnzibati Prosessual məcəllələrində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə 3 qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi müzakirə olunub
İyunun 29-da Milli Məclisin Elm və təhsil komitəsinin və “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
İyunun 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
İyunun 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclası açan Milli Məclis Sədrinin birinci müavini, bu komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Milli Məclisə eyni zərfdə daxil olmuş və hamısı birinci oxunuşda müzakirəyə təqdim edilmiş 4 qanun layihəsi daxildir.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda daxil edilib. Qeyd edilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində
İyunun 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib. İclasda əvvəlcə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.
Əmək və sosial siyasət komitəsində 11 məsələyə baxılıb
İyunun 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 11 məsələyə baxılıb. Əsasən əlilliyin təyinatında yeni meyarlara keçid və əmək pensiyaları ilə əlaqədar olan qanun layihələrinin müzakirəsində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Sədrinin müavini Adil Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin 8 komitəsinin sədrləri və müavinləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təmsilçiləri iştirak ediblər.
Elm və təhsil komitəsinin iclasında
İyunun 3-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə “Milli Məclisin 2021-ci ilin yaz sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlərin hesabatı”nı təqdim edib.
Əmək və sosial siyasət komitəsinin iclasında 7 məsələyə baxılıb
İyunun 2-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitənin sədri Musa Quliyev bildirib ki, iclasın gündəliyinə birinci oxunuşda müzakirəyə çıxarılan 7 məsələ daxil edilib.
Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığın yeni səhifəsini açır
Mayın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
Milli Məclis komitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub
Mayın 26-da Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.
Dövlət büdcəsinin icrası komitə iclasında müzakirə edilib
Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 3 məsələ daxil edildiyini deputatların diqqətinə çatdırıb.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır
Mayın 24-də Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, bir sıra əlaqədar qurumların təmsilçiləri iştirak ediblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Mayın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxildir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsində
Mayın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub, hakimlərin təyinatı ilə əlaqədar 7 məsələyə baxılıb.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Mayın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib. İclasın müzakirəsinə üç qanun layihəsi çıxarılıb. Komitənin sədri Ziyafət Əsgərov qanun layihələri haqqında məlumat verərək bildirib ki, gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” sənəd bu qanunun təsir dairəsində olan ictimai münasibətlərin dəqiq tənzimlənməsi və təkmilləşdirilməsi xarakteri daşıyır.
Milli Məclisin komitə iclasında 12 məsələyə baxılıb
Mayın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Gündəlikdəki məsələləri şərh edən komitə sədri Tahir Mirkişili qeyd edib ki, sahibkarlıq subyektlərinin inkişaf etdirilməsi, prosedurların daha da şəffaflaşması Azərbaycanın iqtisadi qanunvericiliyində görülən işlərin əsas hədəflərindəndir. Bildirib ki, “Dövlət satınalmaları haqqında” qanunda edilməsi nəzərdə tutulan çoxsaylı dəyişikliklər də həmin məqsədə xidmət edir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
Aprelin 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli nitqində parlamentə verdiyi tövsiyələr Azərbaycan parlamentinin ötən dövr fəaliyyətində rəhbər tutulub.

