Ana səhifə  /  XƏBƏRLƏR
39

Deputatlar Avstriya və Sloveniyaya səfər edəcəklər

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev və Sevinc Fətəliyeva fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

17 fevral 2025    14:20
320

Milli Məclisin plenar iclasında

Fevralın 14-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

14 fevral 2025    18:12
62

Deputatlarımız Türkiyəyə səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştirak etmək üçün fevralın 17-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.

14 fevral 2025    14:59
170

Elm və təhsil komitəsinin iclasında

Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Anar İsgəndərov iclası açaraq müzakirəyə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) çıxarıldığını söyləyib. Komitə sədri sənəd haqqında məlumat vermək üçün Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə söz verib.

12 fevral 2025    17:35
163

Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək

Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək. “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

12 fevral 2025    14:48
99

Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər

Milli Məclisin komitə sədrləri - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, işçi qrupunun üzvləri Azər Əmiraslanov və Musa Quliyev fevralın 12-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

11 fevral 2025    12:51
190

Regional məsələlər komitəsində

Fevralın 10-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədr müavini Nurlan Həsənov iclasda 1 məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını bildirib.

10 fevral 2025    17:50
118

Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər

Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın 10-da ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.

07 fevral 2025    15:44
228

Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib

Fevralın 5-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında onlayn iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

05 fevral 2025    16:42
1403

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib

Fevralın 3-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

03 fevral 2025    18:18
175

Milli Məclisin Hesablayıcı komissiyasının iclası keçirilib

Fevralın 3-də VII çağırış Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının ilk iclası keçirilib. Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

03 fevral 2025    16:58
137

İntizam komissiyasının iclasında

Fevralın 3-də VII çağırış Milli Məclisin yeni formalaşmış İntizam komissiyasının ilk iclası keçirilib. Komissiya üzvü Səttar Möhbalıyevin sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.

03 fevral 2025    16:55
250

Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib

Yanvarın 31-də Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irsi qan xəstələrinə və təcili əməliyyata ehtiyacı olan insanlara kömək etmək üçün könüllü qanvermə aksiyalarının keçirilməsi barədə etdiyi çağırışa dəstək vermək məqsədilə Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.

31 yanvar 2025    15:07
336

Gənclər və idman komitəsinin iclasında Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib

Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib. Komitənin sədri Şahin İsmayılov iclası açaraq Milli Məclisin sədri Sahibə Qafarovaya tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

30 yanvar 2025    18:18
409

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib

Yanvarın 30-da Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib. Tədbiri açan komitə sədri Əhliman Əmiraslanov bu dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.

30 yanvar 2025    17:55

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.