Ana səhifə  /  XƏBƏRLƏR
104

Milli Məclisin sədri Sahibə Qafarova İraq Nümayəndələr Şurası sədrinin birinci müavini ilə görüşüb

Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurası sədrinin birinci müavini (sədr səlahiyyətlərini müvəqqəti icra edən) Möhsin Əli Əkbər Əl-Mandalavi ilə görüşüb.

22 fevral 2024    20:31
128

Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçib

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir

Fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işinə başlayıb. Sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

22 fevral 2024    19:41
56

Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edib

Fevralın 20-də VIII Sankt-Peterburq Əmək Forumu çərçivəsində “MDB-yə üzv dövlətlərin ümumi miqrasiya məkanı konsepsiyası: ümumi prinsiplər və milli maraqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan haqları daimi komissiyasının sədri Nizami Səfərov beynəlxalq konfransda onlayn formatda iştirak edib.

20 fevral 2024    16:09
52

Milli Məclisdə görüş

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

20 fevral 2024    15:26

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.