Ana səhifə  /  XƏBƏRLƏR
300

Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasının açılış mərasimində iştirak edib

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının (AİPA) 43-cü Baş Assambleyasında iştirak etmək üçün Kambocada səfərdədir. Noyabrın 21-də AİPA-nın 43-cü Baş Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Kamboca tərəfinin dəvəti əsasında xüsusi qonaq qismində Assambleyada iştirak edir.

21 noyabr 2022    15:32
186

Deputatımız Ali Audit Qurumlarının Forumunda iştirak edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa İttifaqı Şərq Tərəfdaşlığı Ali Audit Qurumlarının (AAQ) Forumunda iştirak etmək üçün noyabrın 20-də Latviya Respublikasının paytaxtı Riqaya səfər edəcək.

19 noyabr 2022    16:06
507

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında

Noyabrın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib. Komitə sədri bildirib ki, gündəliyə 10 məsələ daxil edilib və bunlar birinci oxunuşda olan qanun layihələridir.

18 noyabr 2022    18:37
722

Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib

Noyabrın 17-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən hökumət təmsilçilərini, deputatları və media nümayəndələrini salamlayaraq, 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə səmimi təbriklərini çatdırıb, hamıya can sağlığı, firavanlıq və fəaliyyətlərində uğurlar arzulayıb.

17 noyabr 2022    21:09
227

Ümumdünya Uşaq Günü ilə bağlı Beynəlxalq Forumda

Noyabrın 17-də Ümumdünya Uşaqlar Günü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Özbəkistandakı nümayəndəliyi tərəfindən hibrid formatda təşkil olunmuş Beynəlxalq Forum keçirilib.

17 noyabr 2022    19:27
180

Milli Məclisdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

Noyabrın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

17 noyabr 2022    19:05
193

Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 68-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 18-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcəklər.

17 noyabr 2022    10:13
926

Milli Məclisin iclasında

Noyabrın 16-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

16 noyabr 2022    20:53
269

Azərbaycan və Estoniya parlament dostluq qruplarının görüşündə

Noyabrın 15-də Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova ölkəmizdə səfərdə olan Estoniya Riigikoqunun (parlamentinin) Estoniya-Azərbaycan parlamentlərarası qrupunun sədri Sven Sester ilə görüşüb.

15 noyabr 2022    16:00

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.