Ana səhifə  /  XƏBƏRLƏR
811

Əmək və sosial siyasət komitəsinin iclasında

İyulun 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə üç məsələ daxil edilib.

07 iyul 2026    18:15
439

Zimbabve parlamentariləri ilə görüşdə

İyulun 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

06 iyul 2026    18:41
420

Parlamentlərarası əlaqələr inkişaf edir

İyulun 6-da Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və işçi qrupunun üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

06 iyul 2026    18:02
398

Zimbabve Respublikası Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 6-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

06 iyul 2026    14:48
427

Milli Məclisdə görüş

İyulun 3-də Milli Məclisin Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Beynəlxalq Səhiyyə Menecmenti Konqresində iştirak etmək məqsədilə ölkəmizə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Səhiyyə naziri Hakan Dinçyürek və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin üzvü Ahmet Savaşan ilə görüşüb.

03 iyul 2026    15:35
686

Əmək və sosial siyasət komitəsinin iclasında

İyulun 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda iki məsələ - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə təqdim edilib.

03 iyul 2026    15:17
414

İtaliya Deputatlar Palatasının komitə sədri ilə görüşdə

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İtaliya Deputatlar Palatasının Konstitusiya, şura sədrliyi və daxili işlər məsələləri komitəsinin sədri Nazario Paqano ilə görüşüb.

02 iyul 2026    16:15
379

ATƏT PA-nın sessiyasında

Milli Məclisin deputatları – ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Azay Quliyev və Tural Gəncəliyev təşkilatın 33-cü illik sessiyasında iştirak etmək üçün iyulun 3-də Niderland Krallığının Haaqa şəhərinə səfər edəcəklər.

02 iyul 2026    15:07
1360

Milli Məclisin iclasında

İyunun 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

30 iyun 2026    17:37
339

PAİ-nin İcraiyyə Komitəsinin iclasında

Milli Məclisin deputatı, Parlamentlərarası İttifaqda (PAİ) Azərbaycan nümayəndə heyətinin üzvü Sevil Mikayılova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir.

29 iyun 2026    16:02
380

Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynanın Kiyev şəhərinə səfər edəcəklər.

28 iyun 2026    14:28
425

QDİƏT PA-nın tədbirlərində

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iyunun 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

27 iyun 2026    13:13
382

Parlamentdə ikitərəfli görüşlər

İyunun 25-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Əlcəzairlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şahin İsmayılov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikası Millət Şurasının deputatı Boudjerra Soltaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

25 iyun 2026    20:57

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.