
Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək
Milli Məclisin deputatı Ramil Həsən oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərinə səfər edəcək.

Milli Məclisin növbəti plenar iclası keçirilib
Oktyabrın 20-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Parlamentlərarası İttifaqın tədbirində
Milli Məclisin deputatları Elnur Allahverdiyev, Kamran Bayramov, Sevil Mikayılova, parlament aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər Parlamentlərarası İttifaqın 147-ci Assambleyasının işində iştirak etmək üçün oktyabrın 22-də Anqola Respublikasının Luanda şəhərinə səfər edəcəklər.

Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Şuşaya səfər edib
Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa şəhərində olub.

Elm və təhsil komitəsinin iclasında
Oktyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda növbəti iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev gündəliyə üç məsələnin daxil edildiyini bildirib.
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatı
İspaniya Senatının 17 oktyabr tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanat təəssüf doğurur. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli və birtərəfli bəyanatı qətiyyətlə rədd edir və şiddətlə qınayırıq.
Milli Məclisdə görüş
Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabər imkanları komissiyasının sədri Çiğdem Erdoğan Atabekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bəyanatı
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi 2023-cü il oktyabrın 12-də Niderland Krallığı Parlamentinin Nümayəndələr Palatasının qərəzli və obyektivlikdən uzaq tövsiyə sənədləri qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş ilə görüşüb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Aviasiya haqqında” yeni qanun layihəsi müzakirə edilib
Oktyabrın 18-də Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclası komitə sədrinin müavini Əli Məsimli açaraq bildirib ki, bu gün Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 32 il keçir.
Türkiyə nümayəndə heyəti ilə Qərbi Azərbaycan İcmasında görüş keçirib
Oktyabrın 18-də Qərbi Azərbaycan İcmasının rəhbərliyi ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlament görüşləri
Oktyabrın 18-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Oktyabrın 18-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.
Milli Məclisin iclasında
Oktyabrın 17-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Macarıstanda Nizami Gəncəvinin büstünün açılış mərasimi olacaq
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oktyabrın 18-də Macarıstanın Budapeşt şəhərinə səfər edəcək.
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə daxil olub
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunun layihəsi və büdcə zərfinə daxil olan sənədlər Milli Məclisə daxil olub.

Milli Məclisin deputatı Çexiyaya səfər edəcək
Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev oktyabrın 18-də Çexiyanın paytaxtı Praqa şəhərinə səfər edəcək.

BMT-nin Avropa İqtisadi Komissiyasının regional konfransında
Milli Məclisin deputatı Məzahir Əfəndiyev BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) regional konfransında iştirak etmək üçün oktyabrın 17-də İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.

Milli Məclisin deputatı Avstriyaya səfər edəcək
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili oktyabrın 16-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə səfər edəcək.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qurumun ölkəmizlə bağlı ədalətsiz yanaşmasını qətiyyətlə rədd edib
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) tərəfindən oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edilib. Azərbaycanın AŞPA-da nümayəndə heyəti bununla bağlı etiraz bəyanatı yayıb.