Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin tədbirində

Tədbirlər
25 fevral 2025 | 15:05   

 Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏTPM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev bu qurumun Daimi komitəsinin xüsusi iclasında iştirak etmək üçün fevralın 26-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Tədbir çərçivəsində “Tərəfdaşlıq münasibətlərinin gücü: mövcud əməkdaşlığın nəticələrinin qiymətləndirilməsi və gələcək imkanların nəzərdən keçirilməsi” mövzusunda müzakirələr aparılacaq,  millət vəkili Eldar Quliyev  mövzu ilə bağlı  çıxış edəcək.

Səfər fevralın 28-də başa çatacaq.

                                                             Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU