Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helmini qəbul edib.
Milli Məclisin sədri Sahibə Qafarova Almaniyanın ölkəmizdəki səfirini qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannı qəbul edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
İyunun 9-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov bildirib ki, iclasın gündəliyinə bir məsələ - ölkə Prezidenti tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) daxil edilib.
Parlamentdə komitələrin birgə iclası və ictimai dinləmə keçirilib
İyunun 8-də Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası və ictimai dinləmə keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclisin sədri Sahibə Qafarova Vyetnamın Baş prokuroru ilə görüşüb
İyunun 8-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş prokuroru Nquyen Tiyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Növbədənkənar sessiyanın ilk iclasında
İyunun 5-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2026-cı ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib. Spiker Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
TÜRKPA-nın tədbirində
Milli Məclisin deputatı, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev həmin komissiyanın 13-cü iclasında iştirak etmək məqsədilə iyunun 6-da Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
İyunun 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Azər Əmiraslanov bildirib ki, gündəliyə 4 məsələ daxil edilib.
Deputatlarımız İstanbulda keçiriləcək Forumda iştirak edəcəklər
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Nigar Arpadarai “Sıfır Tullantı Forumu 2026” adlı tədbirdə iştirak etmək üçün iyunun 4-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.
Parlament komitələrinin birgə iclasında
İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasın gündəliyinə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda daxil edilib.
Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
Serbiya Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının sədri Ana Brnabiçlə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 2-də Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib.
Türkiyəli deputatlar Milli Məclisdə olublar
İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisdə görüş
İyunun 2-də Milli Məclisdə Beynəlxalq Siqh Federasiyasının nümayəndələri ilə görüş keçirilib.
Qlobal Qadınlar Sammitində
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qlobal Qadınlar Sammitində iştirak etmək üçün iyunun 3-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.
Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək üçün Serbiya Respublikasına işgüzar səfərə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Beynəlxalq tədbirdə
İyunun 1-də Şimali Makedoniya Respublikasının Skopye şəhərində Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 14-cü plenar sessiyası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatı Şahin Seyidzadə iştirak edəcək.

